- Köhnə - Dünya
- 12 May 2015 11:40
- 2 835
Putin bu gün Kerri ilə görüşəcək – Soçidə
Rusiya prezidenti Vladimir Putin bu gün Soçi şəhərində ABŞ-ın Dövlət Katibi Con Kerri ilə görüşəcək.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "RİA Novosti" agentliyi yayıb.Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib ki, görüşdə Qərbin və ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar müzakirə edilməyəcək.
Soçidə ABŞ-lı diplomatla Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da görüşü nəzərdə tutulub.
Tərəflərin rəsmi Moskva ilə Vaşinqtonun arasında olan problemlərdən danışacağı gözlənilir.