- Köhnə - Dünya
- 29 May 2015 09:44
- 2 606
Hindistanda ölənlərin sayı 1774-ə çatdı – İsti hava
Hindistanda anomal istilərdən ölənlərin sayı 1774 nəfərə çatıb.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı "RİA Novosti" agentliyi yayıb.
Məlumata görə, ölənlərin çoxu Andxra-Pradeş ştatında qeydə alınıb. Burada 1334 insan dünyasını dəyişib.
Ən yüksək temperatur (47 dərəcə) isə Andxra-Pradeş ştatının Onqola şəhərində və Telanqan ştatının Kxammama, Nizamabad şəhərlərində olub.
Meteoroloqların fikrincə, isti havanın hələ 2 gün davam edəcəyi gözlənilir.