İran hərbi gəmiləri Sudan sahillərində

İran hərbi dəniz qüvvələrinin gəmiləri Sudan sahillərinə yaxınlaşıb. AzNews.az-ın İran mətbuatına istinadən verdiyi xəbərə görə, göyərtəsində 250 hərbiçinin və 3 helikopterin olduğu "Hark" gəmisi Sudanın Qırmızı dənizdəki limanlarına yan alıb.

İran tərəfinin bildirdiyinə görə, hərbi gəmilərin Sudan sahillərinə yan alması sırf sülh məqsədlidir və onlar təhlükəsizliyin təminatı və yük gəmilərinin piratlardan qorunmasına nəzarət edəcəklər.

Qeyd edək ki, Sudan hökumətinin İrandan kömək istəməsinə səbəb hərbi gəmilərin piratlar tərəfindən oğurlanmasıdır. Sudan isə hesab edir ki, dəniz quldurları İsrail xüsusi xidmət orqanları ilə əlaqəli çalışır.

Sadiq Musa
AzNews.az