- Redaktor masası
- 30 Avqust 2023 10:27
- 24 390
"Vardanyan Qarabağda erməni qətliamı törətməyə hazırlaşır" - SENSASSİON ANALİZ
"Sosial şəbəkələrin erməni seqmentində gedən müzakirələrin kontent analizi görsənir ki, hazırda Xankəndi və çevrəsində ciddi panika hökm sürür. Ermənilər Qarabağı kütləvi şəkildə tərk etmək, ən azından qadın və uşaqları bölgədən çıxarmaq istəyirlər. Uzun illərin konflikt təcrübəsi ermənilərə bölgədə eskalasiya riski olduğunu deyir. Onlar başa düşürlər ki, bu həna əvvəlki hənalardan deyil- Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibədə olduğu kimi, ondan da daha yaxşı istənilən döyüş tapşırığını icra etməyə qadirdir".
Bu barədə AzNews.az analitik-informaisiya portalının baş redaktoru Taleh Şahsuvarlı açıqlama verib. Analitik bildirib ki, mülki erməniləri Qarabağda girov saxlayan cinayətkar xunta və havadarları bu prosesə mane olmaq və eskalasiya hallnda qadın və uşaqlardan qalxan kimi istifadə etmək məqsədi ilə müxtəlif təzyiq formalarından istifadə edir:
"Qarabağda eskalasiya isə qaçılmaz görünür. Erməni çətələri və onları himayə edən Ermənistan Azərbaycana başqa yol qoymur. Ruben Vardanyanın başçılıq etdiyi terror çətəsi və onun çirkli pullarının təsiri altına düşənlər bölgədə xaos atmosferi yaradır. Xuntanın gündə bir neçə dəfə "istefa verirəm" deyə Qarabağda Vardanyanın harınlamasına qarşı çıxa bilməyən lideri Arayik Arutyunyan sadə, mülki ermənilərin deyil, öz cinayətkar çevrəsinin biznes marağını güdür. Nikol Paşinyan hakimiyyətinin ömrünü uzarmaq üçün uluslararası Soros şəbəkəsinin cızdığı xəttdən qırağa çıxıb Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün üzərinə məsuliyyət götürə bilmir. Belə bir vəziyyətdə Azərbaycanın öz suveren ərazilərindən hələ də çxarılmayan işğalçı qoşun qalıqlarına bitirici zərbələr endirməkdən və xuntanı likvidasiya etmək üçün Xankəndiyə girməkdən başqa əlacı qalmır".
Şahsuvarlının sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri olduqca peşəkardır, öz şanlı döyüş təcrübəsinə və beynəlxalq hüquqa uyğun olaraq hərbi əməliyyatlarda mülki əhalini hədəf almır, almayacaq:
"Ancaq terrorçu Ermənistan və onun Xankəndidə bəslədiyi çaqqal sürüsü mülki erməniləri, o cümlədən qadın və uşaqları qırıb, zorlayıb, evlərini talan edib məsuliyyətini bizim üzərimizə atacaq qədər şərəfsiz, namussuz, alçaqdırlar. Bu terrorçular təkcə bizə- azərbaycanlılara, türklərə deyil, öz soydaşlarına da sonsuz nifrət bəsləyirlər.20-ci əsrin əvvəllərində Qərbi Zəngəzurda bu metiodu dəfələrlə sınaqdan çıxarıblar. Qarabağda azərbaycanlılarla dinc şəraitdə yaşamaq istəyən sadə erməniləri ötən əsrin əvvəllərində də, sonlarında da çətələr məhv edib. Bu barədə nə qədər desəniz, fakt var. Bəli, biz bu ssenariyə hazır olmalıyıq. Tamamilə gözləniləndir ki, erməni çətələri "Xocalının qisasını alırlar" deyə Xankəndidə, Ağdərədə, Əsgəranda mülki erməni icmalarını qəddarcasına məhv etsinlər. 44 günlük müharibədən sonra silah, orqan, insan və narkotik qaçaqmalçılığından qazancları əldən çıxan və buna görə azğınlaşmış erməni quldurları "türklərə qalmasın" bəhanəsi altında evləri qarət edəcək və yandıracaqlar. Vəhşidirlər, barbardırlar, vandaldırlar bunlar. Ağdamdan Kəlbəcərə, Füzulidən Laçına qədər 30 ildə yaratdıqları vandallıq əsərləri göz önündədir. 44 günlük müharibədə silahlı bölmələri, döyüş texnikasını məktəblərdə, xəstəxanalarda, mülki obyektlərdə gizlədirdilər ki, Azərbaycan zərbə endirəndə, hay-həşir salsınlar.
Siyasi analitik bildirir ki, bütün bunlar "informasiya müharibəsi tezisləri" deyil, hadisələrin təhlilinin doğurduğu məntiqi nəticələrdir:
"İndiki halda mən nə proqanda aparıram, nə də ermənilər arasında vahimə yaratmaq. Vardanyan, Vardanyan da olmasa başqa çətələr Qarabağdakı erməniləri qətliama məruz qoyacaqlar. Xankəndidə Arayikin ofisinin güllələnməsi, dünən RSK əsgərinin döyülməsi onu göstərir ki, çətələr məhz buna hazırlaşır. Onsuz da az-çox ağlı olan bütün ermənilər bilir və başa düşür ki, "miatsum" ideyası məhv olub, gorbagor olub. Odur ki, öz soydaşları üçün ən pis sonluğa- kütləvi qətliama hazırlaşırlar ki, "genosid" dastanlarına yeni boy əlavə etsinlər. Diqqət edin, həm Qarabağda, həm də İrəvanda çoxları əminliklə deyirlər ki, Ruben Vardanyan müəmmalı fiqurdur, rolu, funksiyası bəlli deyil. Belədə onu kimlər və niyə himayə edir? Rubenin Arayikə və Nikola qarşı siyasi çıxışlarını, təhdid və təzyiqlərini qoyuram bir kənara. Ermənistanın hökumət başçısının həyat yoldaşını vulqar ifadələrlə təhqir etmək cəsarətini Vardanyan haradan alır? Qarabağa "göydən atılmış" bu təxribatçı niyə həbs olunmur, zərərsizləşdirilmir? Arayik heç kimdir, marionetdir, kukladır, bunu başa düşürük, bəs, Ermənistan öz yaratdığı işğalçı rejimdə girov saxlanan mülki əhalini kütləvi şəkildə qətlə yetirmək həddinəcən harınlamış, quduzlaşmış birinin qabağından niyə qaçır? Bu sualların bir cavabı var: Qarabağda başıpozuq çətələrin, qanunsuz hərbi birləşmələrin, işğalçı qoşun qalıqlarının tökəcəyi qanının basikarı Ermənistandır, Paşinyandır!
Ayan Rzayeva,
AzNews.az