- Redaktor masası
- 9 Sentyabr 2023 16:16
- 23 105
Ağdam-Xankəndi yolu bu gün açılacaq. Əsas nüanslar- OPERATİV ŞƏRH
AzNews.az analitik-informasiya portalının baş redaktoru Taleh Şahsuvarlı öz Facebook səhifəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Rusiyadan göndərilən bir yük maşını yardımın bu gün Ağdam-Xankəndi yolundan keçəcəyi barədə açıqlamasındakı nüanslara toxunub. Analitik fikrincə, açıqlamada əsas nüanslar bunlardır:
- Təşəbbüsün müəllifi Rusiya hökumətidir;
- Yardım Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən göndərilir;
- Yardım Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin (!) ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə göndərilir;
- Yükün həcmi 1 TIR-dır;
- Yük son təyinat məntəqəsinə Ağdam-Xankəndi yolu ilə çatdırılacaq.
NƏTİCƏLƏR:
- Ermənistan, Fransa və digər humanitar fəlakət şousu düzəldənlərin apardığı kampaniya növbəti dəfə iflasa uğradı;
- BQXC arxa plana keçdi, Xankəndidə humanitar fəaliyyətin mərkəzində Azərbaycan QAC dayanır;
- Yardım "Artsax xalqı"na deyil, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərə edilir;
- Yükün həcminin cəmi 1 TIR olması Xankəndi və çevrəsində humanitar fəlakət olmadığını təsdiq edir;
- Yükün Xankəndiyə Ağdamdan çatdırılması Üçtərəfli Bəyanatın iştirakçısı olan Rusiyanın Azərbaycanın Laçında quraşdırdığl SNBM-i legitim saydığını təsdiq edir.
Xankəndidəki xuntanın bu yükün qarşısını kəsəcəyini zənn etmirəm. Əgər belə bir cəhd göstərərlərsə, sonucuna qatlanarlar.
SUAL: Azərbaycan TIR-ları Xankəndiyə girə bilmədiyi halda, Rusiya maşınlarının girməsi zərərimizədirmi?
1. Danışıqların təfsilatından agah deyilik, son durum necə olacaq bilmirik. Ola bilsin ikisi bizim olmaqla, Xankəndiyə 3 TIR girsin.
2. Əgər yuxarıdakı hal baş verməsə belə, bizim TIR-lar içindəki unu israf etməməyimiz şərti ilə indiki yerində qalmalıdır.
3. Xankəndidə humanitar fəlakət yox idi, biz də QAC-nin maşınlarını Ağdama göndərməklə sözkəsənlik edirdik. Əsas məqsəd Ağdam-Xankəndi yolunun açılması ilə Xankəndidəki xuntanın Ermənistandan gələn dəstəyini kəsmək idi. Əsas olan yolun işlək hala gəlməsidir. Seperatçılar qazdıqları quyuya özləri düşdülər.
AzNews.az