YAP sabah rəsmi siyahısını açıqlayacaq

Seçki siyahısı böyük səbirsizliklə gözlənilən Yeni Azərbaycan Partiyasının (YAP) İdarə heyətinin iclası sabah keçiriləcək.

AzNews.az- ın verdiyi məlumata görə, partiyanın seçki siyahısı tam hazırdır və sabahkı iclasda namizədlərin kimliyi cəmiyyətə elan olunacaq.

YAP-ın siyahısının açıqlanmasından sonra sentyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak etməyi düşünən digər partiyaların namizədləri və müstəqil adaylar arasında canlanma yaranacağı gözlənilir.

AzNews.az