Vaxtında (guya) avtoritet sayılanlar- Rəşad Ağayevin MANİFEST dəyərində məqaləsi

Bəzən mətbuata hamının gücü çatır, bəzən Allah da onunla bacara bilmir.

NAZARATA NAZARAT!

Ya çox ağ edirik,ya da çox qaralayırıq!

Bu gün deyəsən mətbuata rəğbət bəsləyən,ancaq elə mətbuatın özüdür! Vurulub özünə! Sevginin də gözü kor olur! Başqa yol da qalmır. Biz gərək özümüz özümüzü qucaqlayaq,bağrımıza basaq,öpək! Kövrəlib ağlamaq da olar!!

Hə əzizlərim,bu gün mənim (anlasalar,elə hamı) üçün bir mövzu var! Ölkənin ağır jurnalistika arsenalı hara yoxa çıxıb? O vaxtın QARA BULUDLAR DAĞIDAN TOPLARI KİMİ! Kim və nə üçün istifadə edir onlardan? Bəlkə elə doğrudan da artıq çoxdan pas atıblar,barıtları qurtarıb? YA DA ÖZLƏRİ PARTLAMAQ İSTƏMİR,BƏLKƏ?

Böyük əmmalar var. "Daş dövrü"ndən üzü bu yana yazan insan niyə "Davos dövrü"ndə sussun,lal olsun,əlini ağdan qaraya vurmasın və ya ancaq "qara yaxsın?!" Bu nə halətdir? Kimə göstəririk özümüzü və kimə göstərmək istəmirik?!

Bəlkə elə altını üstünə çevirək bu jurnalistikanın? Zatı Əkinçi deyil,qardaşım?! Bəlkə şumlana yenidən,bəlkə daha yaxşı məhsul aldıq,bu "SONSUZ" düzlərdən?!
İSTİXANA(parnik) JURNALİSTİKASININ SONU ÇATMALIDR. Çölə-bayıra çıxmalı,gəzməli,ərincəkliyin daşını atmalı,dedi-qodudan uzaq durmalı,FAKTIN(xəbərin) DALINCA ÖZÜ GETMƏLİDİR! Kabinet,siqaret,külqabı abu-havasından uzağa,məsələn elə Şuşaya-Cıdır Düzünə!

Əşşi özləri bilər! Adam öz ciyərini bizdən yaxşı tanıyır,bilir ki,nə Şuşanın,nə də Kəlbəcərin havası ona düşməyəcək. Bir yandan "təzyiqi" əsas gətirəcək,bir az yüksəkliyə qalxmaq üçün də dizində taqətin olmamasını bəhanə edəcək! Yenə də özü bilər! CİYƏR ONUN,YÜKSƏKLİK BİZİM! GÖTÜRMÜR QƏLƏBƏ HAVASINI ONLAR,GÖTÜRMƏSİNLƏRDƏ! Almasınlar o havanı,qarınağrıya düşəcəklər yoxsa. Sancı gətirir Azərbaycanın möhtəşəm duruşu onlara! Bayraq da çox hündürdədir,ÇOX YUXARIYA DA BAXANDA ONURĞALARI SKOLYOZ YERİNDƏN AĞRIYIR BU ADAMLARIN! Bunu isə artıq biz bilirik,onlar yox!

97 Cİ İLDƏN MƏTBUATA GİRİŞİB,TANIŞ OLMUŞAM. DAHA DOĞRUSU BİZİ TANIŞ EDİBLƏR. O vaxt açığı mətbuat daha "qəşəng" idi. Ənliksiz, kirşansız, boyasız! Cəmi İki rəng var idi. Ağı qaradan, qaranı da ağdan asanlıqla ayırd etmək olurdu. Kimin kim olduğunu təyin etmək müşkül iş deyildi,bu günkü kimi. İndi isə jurnalistika özü bir meqapolisdir. Çətindir,çox çətin!..

Nə isə keçim əsas mətləbə. Bu gözəl yurdumun əla jurnalistləri var. Əla təhlilçiləri,əla xəbər müxbirləri,gözəgəlimli aparıcıları və sairə. Bunlar öz yerində!

Mənim dərdim dünənin mətbuat qəhrəmanları,ancaq bu günün real tarixçisi ola bilməyən,FAKTLA işləmək ,REALLIQLA barlşmaq istəməyən jurnalistlərimizdir! Vaxtında (guya) avtoritet sayılanlar. Azərbaycan adlı ölkənin bu adamlara da ehtiyacı var. Ən azı müqəvva kimi də olsa lazımdırar. Bir iki qurd-quş qova bilərlər axı. O qədər gözü olan var ki,bizdə,o qədər bostanımıza daş atan var ki!
Məsələn niyə Erməni,Fransa,(gey)dirmə Avropa anti Azərbaycan təbliğatı ölkəyə ayaq basan kimi,Qulu Məhərrəmliyə rast gəlməsin?Gorxub,hürküb geri qayıtmasın? Niyə Avropanın siyasi azarı Məhərrəmli immuniteti ilə üzləşib öz xarabasına dönməsin?Niyə xaricdən(yuxarı başdan) gələn təzyqi məsələn,Arif Əliyev aşağı salmasın?! Səbəbini bilmirəm. Bəlkə Şvabe,Makron Avropası ilə eyni düşüncədədirlər,EKS HƏMKARLARIMIZ?! Heyif,deyəsən elədir də,AVROPAYA DOĞRU CAN ATANLARIMIZ! Məncə (t)əməlli-başlı eyni düşünürlər. Arada hətta mənə elə gəlir ki,Avropa və Amerikanın burada,Azərbaycanda ARXA(landığı) CƏBHƏSİ VAR! Ön cəbhədəki XÜSUSİ TƏYİNATLILARINI HEÇ,TANIYIRIQ.Şükürlər olsun ki,artıq ZƏRƏRSİZLƏŞDİRİLİB BİR NEÇƏSİ! Toplum TV, AbzasMedia və sairə!.. Qalanlarının da işığının sönməyinə lap az qalıb. Bu ölkəni içindən didməyə hazır olan hər kəs,cəzasını almalıdır! Çünki saxta (qiymətli) əskinazlarla,Avropa kursu ilə çox ucuz satanlar var Azərbaycanı!

Qayıdım arxa cəbhəyə.Azərbaycan əleyhinə başlanan təbliğat müharibəsi əsasən də sosial mediada,sosial şəbəkədə gedir. Deməli bizim orada da mübarizə aparmağımız vacibdir və bir o qədər də müstəhəbdir. Amma biz nə görürük,hansı fəaliyyəti müşahidə edirik?

Niyə WikipediyAnı nəaliyyət başlıqları ilə dolduran jurnalistlərimizin bircə dənə də olsun,qalib Azərbaycan haqqında məqaləsi yoxdur?! Niyə bu dövlətə xaricdən atılan CIRMAĞA öz ÜZÜNÜ göstərmir bizim eks-çempionlarımız. Başa düşürəm Arif Əliyev Elçibəy hakimiyyət(sizliy)inin SÖZÇÜSÜ olub. Amma bir şey də var. Əyər Elçibəy doğrudan da Azərbaycanı sevirdisə,o da ən azı Qarabağın alınmasını arzu edirdisə(inanıram ki, o arzunu da edib),deməli onun ruhu da Şuşaya,Xankəndinə tez-tez səfər edir. Bəlkə də Əbülfəz ruhu min dəfə Ali Baş Komandanımızın boynunu qucaqlayıb,təşəkkür edib:"Sən hamımızdan daha ALİ, daha BAŞlı,daha əzəmətli KOMANDANSAN!" Bəlkə elə Elçibəy(komamdası ilə) ruhu İlham Əliyevdən otuz ilin üzürünü istəyib? Bəlkə elə: "YAXŞI Kİ,MƏN O VAXTDAN GETMİŞƏM!" deyib? Elçibəyin BƏRƏ platformasında Azərbaycan BATDI! Heydər-İlham Əliyev(tandemi) PLATFORMASININ ÜZƏRİNDƏ İSƏ YENİ, QALİB AZƏRBAYCAN QURULDU! İndi biz o platformanın üzərində bütün dünyanı çəkib özümüzlə gələcəyə aparırıq!

BARIŞIN!

Barışın ki, sizin üçün asan olsun. Yəqin elə yaşdasınız ki,sizi özünüzə tanıtdırmaq olmaz. Özünüz bilirsiniz kimsiniz.

Nə Qulu Məhərrəmlinin, nə də Arif Əliyevin sosial şəbəkə platformalarında,profillərində Azərbaycan uğuru haqqında xırda hekayə(bölümündə),status oxumamışam. Rast gəlməyib yox,yazmayıblar!
Əvəzində nə paylaşır, (Q)ULU MƏHƏRRƏMLİ? Azərbaycan əleyhinə işləyən,bu ölkəni içəridən dağıtmaq istəyən mətbuat. CEYMS BONDLARININ AZADLIĞA BURAXILMASINI! Əzizim siz bilməlisiniz ki,o həbsdə(sizin siyahıdakılar) olan jurnalistlər əksinə indi azaddırlar.

AZƏRBAYCANDAN ASILIDIRLAR,AVROPADAN,AMERİKADAN YOX.Onlar öz büdcəmizlə gündə üç dəfə qidalanırlar,xaricin nəzir-niyazı,sədəqəsi ilə yox!

Bir illik Rəsulzadə haqqında o qədər çapa hazır materiallarınız var ikən,niyə son otuz ilin nəaliyyərləri haqqında adi bröşürünüz yoxdur?

Hansı müsahibələrinizə,məsləhətlərinizə,dərsliklərinizə baxırıq,orada bircə kəlmə olsun BÖYÜK AZƏRBAYCAN HAQQINDA BALACA BİR SİTAT,STATUS YOXDUR! Nə Arifin,nə Qulunun səhifələrində.

Siz özünüz də çox yaxşı bilirsiniz ki, Osmanın qızı Sevinc yalan danışır, Qurban Məmmədov və sairələr iftira atır. Amma bu ölkəni şərləyənənlər yox, bu ölkəni şərdən qurtaranlar haqqında,onların söyülməsinə,təhqir edilməsinə şərait yaradan starusların,şərhlərin çoxunun altında "like" ləriniz var. Bu ölkə Şəhid Anası ilə də,övladını küçəyə atan "anacıqlarla" da vətəndir! Bu ölkə Əli Kərimli kimi zibil qutusu ilə də dövlətdir, bu ölkənin vətəndaşları həm də sizsiniz. Anlamaq çətin olmamalıdır,məncə!

BU DƏQİQƏ HAQQIN YOLU ZƏFƏR YOLUDUR. AYNA KİMİ, ŞÜŞƏ KİMİ! ÇIXIN BU YOLA, SÜRÜŞMƏZSİNİZ!

MƏNƏ GÖRƏ BU GÜNÜN AZƏRBAYCANI RƏSULZADƏNİN DƏ,ELÇİBƏYİN DƏ ARZULARINDAN MİN DƏFƏ KAMİL,MİN DƏFƏ BÖYÜKDÜR.

ÖZÜNÜZÜ DÖVLƏTİN YANINDA OLMAQLA YOXLAYIN,SINAYIN.BƏLKƏ ELƏ ALINDI?
QANINIZ DURULACAQ!VALLAH RƏNGİNİZ DƏ AÇILACAQ!

Rəşad AĞAYEV