Hər iki partiya “sönmüş akkumlyator” vəziyyətindədir - II YAZI

Əvvəli burada: https://www.aznews.az/news/editorsdesk/336890.html

Kontr elita, mövcud siyasi elita ilə ziddiyyət təşkil edən, alternativ bir güc mərkəzi yaradan qrup və ya fərdləri ifadə edir. Bu mənada, Elçibəy hakimiyyəti dönəmində formalaşan komandanın üzvləri, uzun illər ərzində mövcud siyasi iqtidara qarşı çıxış edən və müxalifətin əsasını təşkil edən kontr elita kimi nəzərdən keçirilirdi. Lakin düşərgənin hazırkı durumu AXCP və Müsavatın həm “kontr”, həm də “elita” özəlliklərini itirdiyini, “güc mərkəzi” kimi heç bir əhəmiyyətinin qalmadğını təsdiq edir. Acınacaqlı və tam iflas həmin partiyaların "Siyasi Tükənmişlik Sindromu"na mübtəla olduğunu göstərir.

AXCP və Müsavatın tabanı Azərbaycanın müstəqillik mübarizəsində və sonrakı dövrlərdə öncül rol oynayıblar. Bu, danılmazdır. Lakin uzun müddətli aktiv fəaliyyət və bu fəallıq qarşısında liderlərinin siyasi uğursuzluqları onları zamanla siyasi baxımdan yıpradıb. On illərlə davam edən nəticəsiz mübarizə, daxili bölünmələr və resurs çatışmazlığı sözügedən partiyalarınn elektoral dəstəyini minimuma endirib. Qarşılığında bu partiyaların liderləri və rəhbərliyi eyni taktikaları dönə-dönə tətbiq etməkdən çəkinməyiblər. Bu təkrarçılıq onların potensial seçiciləri arasında məyusluq yaradıb, cəmiyyətdən stimul ala bilmədikləri üçün yorulmuş və köhnəlmiş hala gəliblər. Təkrarlanan məğlubiyyətlər və yeni nəsillərə xitab edən kampaniya qurmağın çətinlikləri, müxalif liderlərin və tərəfdarlarının gələcəyə inamını sarsıdıb. Bu inam çatışmazlığı, yeni və uzunmüddətli planlar qurmağa mane və “bir bəhanə tapıb” seçkilərdən yayınmalarına səbəb olur. İndi hər iki partiya faktiki olaraq “sönmüş akkumlyator” vəziyyətindədir.

AXCP və Müsavatın siyasi iflasını ilk növbədə ideoloji müstəvidə izah etmək lazımdır. Məlum olduğu kimi, hər iki partiya özünü müsavatçı, fəqət müsavatçılıq ideologiyasının keçmişinə xeyli dərəcədə zidd bir şəkildə liberal-demokrat və Rəsulzadə-Elçibəy yolunun davamçıları adlandırır. Bu “davamçılıq” yaxın tariximizdə baş verən siyasi təlatümlərin məğzindən xəbərsiz gənc nəsil qarşısında sığortalanma cəhdidir. Məsələ həm də budur ki, mahiyyəti ictimai fikir müəssisənə hələ də məchul qalan həmin “yol” müasir mübarizə üçün data verə bilmir.

Rəsulzadə və Elçibəyin siyasi lider kimi çıxış etdiyi dövrlər Azərbaycanda milli özünüdərk mərhələləri idi. Həmin dövrlərin tarixi konteksti müasir çağdan tamamilə fərqlidir. Rəsulzadə və Elçibəyin mübarizəsi milli istiqlalın bərpasını hədəfləyirdi. Müasir Azərbaycan isə, artıq müstəqil dövlətdir, suveren və qalib dövlət kimi yeni hədəflər və çağırışlarla üz-üzədir. Çağdaş Azərbaycan regional liderliyə can atır, MİLLİ İNKİŞAFINI ÖZÜ İSTİQAMƏTLƏNDİRİR! Bu istiqamətlər arasında iqtisadi tərəqqi, texnoloji yeniliklər və qlobal inteqrasiya kimi məsələlər daha çox önə çıxır. Rəsulzadə-Elçibəy yolu bu istiqamətləndirməni üçün güclü sosial, intellektual və ideoloji-siyasi baza təmin edə bilmir.

Azərbaycanda iqtisadi islahatlar sürətlə inkişaf edərkən, ənənəvi müxalifət bu dəyişikliklərə uyğunlaşa bilməyib. Bu, onların ekonomik tarazlığa təsirini, iqtisadi siyasətlərinin və təkliflərinin cəlbediciliyini azaldıb. Bir post sovet ölkəsi olan Azərbaycanda sosial fərqliləşmə (differensasiya) prosesini də ənənəvi müxalifət kənardan seyr edib. Xüsusilə, urbanizasiya, yeni orta təbəqənin yaranması və gənc nəsil arasında fərqli sosial tendensiyalar kimi tarixi dinamikalar bir illik oxlokratik iqtidarın inersiyası ilə siyasi arenada yer tutanlara elektoral marağı azaldıb.

AXCP və Müsavat, yeni nəsil seçicilərlə əlaqə qurmaqda çətinlik çəkir. Onlar artıq Z nəslinin gözündə köhnəlmiş və ləngdirlər. Motivasiya, dinamika və karyera vəd etmirlər. Gənclikdən, elmi-texniki yeniliklərdən, müasir sosial-iqtisadi trendlərdən qidalanmayan, 90-cı illərin əvvəlləri üçün xas ritorika və yanaşmalardan istifadə edən müxalifət üzləşdiyi intellektual böhranla yeni və yüksək təhsilli nəslin tələblərinə cavab verə bilmir.

Beləliklə, 1 sentyabr seçkiləri Azərbaycanda yeni siyasi situasiya formalaşdırır. Bu situasiya siyasi iqtidar üçün iki istiqamətə diqqət cəlb etməyi təklif edir.

Məqalənin sonunda təqdim edə biləcəyiniz 5-ci tezis üçün bir neçə variant təklif edə bilərəm:

- İctimai rəyin transformasiyası: Seçkilər, ölkədə ictimai rəyin və siyasi iştirakçılığın dinamikasını tamamilə yeni bir mərhələyə keçməsinə təkan verəcək. Ənənəvi müxalifət və sistemdənkənar qrupların zəifləməsi fonunda yeni ictimai rəy formalaşmaqdadır ki, bu da siyasi dinamikaya uzunmüddətli təsir göstərə bilər. Radikal müxalifətin ideoloji böhranla üzləşməsi və liderlərinin legitimliyi şübhə altına düşməsi hakim partiyanın öz qalib ideologiyasını və viziyasını cəmiyyətə yenidən təqdim etməsini şərtləndirir. Tarixi uğursuqluqlarını bir müddət daha aqressiv çıxışlarla kompensasiya etməyə və qeyri-sistemli müxalifətlə koordinasiyalı şəkildə aktiv sosial narazılıq ocaqları yaratmağa çalışacaq müxalifətlə hakim partiyanın funksionerlərini bu mərhələdə həlledici polemikalar gözləyir.

- Siyasi partiyaların yenidən konfiqurasiyası: Parlament seçkilərinin nəticələri, ölkənin siyasi partiyalar sistemində yeni konfiqurasiya yaranmasına səbəb olacaq. İqtidar yeni strateji yönümlər təklif edərkən, heç bir cəmiyyətin xali olmadığı protest elektoratının yeni lider gözləntisi artacaq. Belə bir ortamda siyasi iqtidarın dialoq təşəbbüslərini davam etdirəcəyini, cəmiyyətin aktiv kəsimləri ilə uzlaşaraq konstitusiya islahatlarına start verəcəyini gözləmək olar.

TALEH ŞAHSUVARLI