UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - YENİLƏNİB

"Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsində rəqibləri bəlli olub.

"Köhlən atlar" ilk oyununu "Ayaks"la (Niderland) evdə keçirəcək.

Ağdamlılar ikinci matçında səfərdə "Tottenhem" (İngiltərə) ilə qarşılaşacaq.

Azərbaycan təmsilçisi üçüncü görüşündə doğma meydanda "Lion" (Fransa), dördüncü qarşılaşmasında səfərdə "Olimpiakos"la (Yunanıstan) üz-üzə gələcək.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv daha sonra evdə "Malmö" (İsveç) ilə, ardınca isə səfərdə "Budyo Qlimt"lə (Norveç) görüşəcək. Növbəti qarşılaşmalar FCSB (Rumıniya) ilə Bakıda, "Elfsborq"la İsveçdə gerçəkləşəcək.

15:24

"Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsində ilk rəqibləri bəlli olub.

"Köhlən atlar" ilk oyununu "Ayaks"la (Niderland) evdə keçirəcək.

Ağdamlılar ikinci matçında isə səfərdə "Tottenhem" (İngiltərə) ilə qarşılaşacaq.

Qeyd edək ki, Liqa mərhələsi sentyabrın 25-26-da start götürəcək.

image description image description image description