- Redaktor masası
- 13 Sentyabr 21:46
- 9 543
15 Sentyabr Bilik gününə!- Sabiq deputatdan manifest kimi açıqlama
Mən istəyirəm ki, şəhid övladları özəl orta məktəblərdə pulsuz təhsil alsınlar;
Mən istəyirəm ki, şagird və tələbələr ən yaxşı dərsliklərlə təmin olunsunlar;
Mən istəyirəm ki, bir uşaq belə təhsildən kənarda qalmasın;
Mən istəyirəm ki, uşaqların azı 70 faizi məktəbəqədər təhsilə cəlb olunsunlar;
Mən istəyirəm ki, çağımızın tələbinə uyğun tərbiyəçi - müəllim hazırlığı üçün Proqram qəbul olsun;
Mən istəyirəm ki, uşaqlar məktəbə qayıtsınlar;
Mən istəyirəm ki, şagirdlər repetitorsuz fənn proqramlarını mənimsəsinlər;
Məm istəyirəm ki, təhsil üçün heç bir əhəmiyyəti olamayan Qrant layihələrinə xərclənən (yeyilən) milyonlarla manat vəsait məzmuna və təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasına xərclənsin;
Mən istəyirəm ki, Beynəlxalq Riyaziyyat və İnformatika olimpiadlarından şagirdlərimiz qızıl medal gətirsinlər;
Mən istəyirəm ki, müəllimlər dərs deməklə yanaşı, həm də tərbiyələndirsinlər;
Mən istəyirəm ki, müəllim şagirdi döyməsin;
Mən istəyirəm ki, şagirdin əlində telefon yox, kitab olsun;
Mən istəyirəm ki, bütün məktəblərimiz keyfiyyətli təhsil versin, keyfiyyətdə coğrafiya faktoru götürülsün;
Mən istəyirəm ki, məktəblərə direktor seçimi tanışlıq, qohumluq və maddi maraqla olmasın;
Mən istəyirəm ki, elə dərsliklər yazılsın ki, şagirdlərin başqa mənbələrdə (test kitabçalarında) gözü qalmasın;
Mən istəyirəm ki, məktəb məzunlarının azı 40 faizi peşə məktəblərinə üz tutsunlar;
Mən istəyirəm ki, internat məktəblərində uşaqların payına göz dikilməsin;
Mən istəyirəm ki, valideyn məktəb rəhbərliyi arasındakı qarşıdurma səngisin;
Mən istəyirəm ki, azı ölkədə 20 müasir peşə təhsili məktəbi qurulsun;
Mən istəyirəm ki, bütün ixtisaslar üzrə ali təhsil alanlar özlərinə asanlıqla iş tapa bilsinlər;
Mən istəyirəm ki, Ali məktəb müəllimləri o qədər maraqlı mühazirə oxusunlar ki, kənardan da dinləyicilər mühazirəni dinləməyə meyl etsinlər;
Mən istəyirəm ki, Ali məktəb müəllimləri onlayan mühazirə aparsınlar;
Mən istəyirəm ki, ali məktəb müəllimləri yeni biliklərin mənbəyini bilib tələbəyə göstərsinlər;
Mən istəyirəm ki, müəllimlə tələbə oxuduqları kitabı müzakirə etsinlər;
Mən istəyirəm ki, müasir kitab mağazalarında ayda azı 10 Universitet müəllimi ilə rastlaşım;
Mən istəyirəm ki, mütaliyə edən insanlara açıq olan zəngin universitet kitabxanları olsun;
Mən istəyirəm ki, pullu özəl orta məktəblər hər il kasıb istedadlı uşaqlara 10 faiz yer ayırsınlar. Buna borcludular, çünki Dövlət babamın pulu hesabına bu məktəbləri yaradıblar;
Mən istəyirəm ki, universitetlərə əsasən kitabı bilən və intellektual şəxslər rektor təyin olunsun;
Mən istəyirəm ki, azı 3 universitetimiz Dünyanın aparıcı reytinqlərində əhəmiyyətli yer alsınlar;
Mən istəyirəm ki, tələbələr üçün kiçik də olsa Silikon vadisi yaradılsın;
Mən istəyirəm ki, təhsilə təhsili bilən, onu duyan şəxslər rəhbərlik etsinlər.
Mən istəyirəm ki, Elm və təhsil naziri müəllimləri və alimləri aşağılamasın.
Etibar ƏLİYEV