- Redaktor masası
- 06:41
- 2 116
USAİD-in əməkdaşları bir-bir qovulur. Tramp administrasiyası qurumu dağıdır
Reuters qərarla tanış olan üç mənbəyə istinadən xəbər verir ki, Tramp administrasiyası ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) daha onlarla əməkdaşını həftə sonu məcburi məzuniyyətə çıxarıb.
AzNews.az xarici mediaya istinadədn bildirir ki, agentliyin Qanunvericilik və İctimaiyyətlə Əlaqələr Bürosunun 30-a yaxın əməkdaşı qəfildən öz elektron poçtlarına girişi itirib və bununla da son bir həftə ərzində məzuniyyətə göndərilən USAİD əməkdaşlarının ümumi sayı 100-ə çatıb.
Agentliyin təhlükəsizlik əməliyyatlarına nəzarət edən iki yüksək vəzifəli məmur da məxfi sənədləri İlon Maskın Hökumətin Effektivliyi Departamentinin (DOGE) əməkdaşlarına verməkdən imtina etdikdən sonra inzibati məzuniyyətə göndərilib.
Təmizləmə USAID-də bir həftədən çox davam edən xaosdan sonra baş verib.
USAID Vaşinqtonun bütün dünyada milyardlarla dollarlıq humanitar yardımı maliyyələşdirən əsas agentliyidir.
Prezident Donald Tramp ABŞ-ın demək olar ki, bütün xarici yardımlarının dondurulmasına göstəriş verib və onun administrasiyasının “Öncə Amerika” xarici siyasətinə uyğun xərcləri nəzərdən keçirəcəyini deyib.
AzNews.az