- Redaktor masası
- 9 Fevral 16:58
- 3 763
Hikmət Hacıyev gəldi, İbrahim Kalın getdi - Tehranla güclənən diplomatik təmaslar
![](https://www.aznews.az/storage/2025/02/09/ibrahim_kalin.jpg)
Türkiyənin xüsusi xidmət orqanı- MİT-in direktoru İbrahim Kalın İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüşüb.
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, görüş zamanı ikitərəfli və regional məsələlər, Suriyadakı vəziyyət müzakirə edilib.
İran Dövlət Xəbər Agentliyi İRNA-nın xəbərinə görə, Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın dünən İranın paytaxtı Tehranda İranın Dini Rəhbərinin nümayəndəsi və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ilə təkbətək görüş keçirib.
İRNA görüşdə ikitərəfli və regional məsələlərin, Suriyadakı son vəziyyətin müzakirə edildiyinə, tərəflərin iki ölkə münasibətləri və bir çox mövzuda ortaq fikirlərə malik olduğu vurğulandığına diqqət çəkib.
Xatırladaq ki, bu günlərdə Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev Tehranda səfərdə olmuş, bir sıra yüksək ranqlı rəsmi şəxslərlə yanaşı ranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Əkbər Əhmədianla da görüşmüşdü. Türkiyənin MİT şefi İbrahim Kalının Tehranda apardığı danışıqlar Azərbaycan prezidentinin köməkçisinin səfərindən sonraya təsadüf etməsi diqqət çəkir.
AzNews.az