- EKONEWS
- 12 Noyabr 11:15
- 2 094
Baş danışıqçı: CO29-da iqlim dəyişikliyi ilə bağlı kompleks işlər görməliyik
CO29-da iqlim dəyişikliyi ilə bağlı kompleks işlər görməliyik.
Bunu xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP29-un ikinci günündə keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, COP29-un ilk günü uğurla başa çatıb: "Bu gün açılışı olacaq İqlim Sammitində dünya liderləri iqlim böhranı ilə bağlı öz fikirlərini bildirəcək, müzakirələr aparacaqlar".
Nazir müavini məlumat verib ki, Tərəflər Konfransında iqlim maliyyələşməsinin gücləndirilməsi üçün təkliflər ortaya qoyulacaq: "Burada hamımızın gücü lazımdır. Hər kəs bizim qlobal səylərimizə töhfə vermək üçün çalışmalıdır".