- EKONEWS
- 12 Noyabr 13:37
- 2 375
Azərbaycan XİN başçısı: COP29-da iştirak etməmək Ermənistan üçün itirilmiş fürsətdir
Azərbaycan COP29-un inklüzivliyini təmin etmək üçün konvensiyaya üzv tərəflərə olduğu kimi, o cümlədən Ermənistana da dəvət göndərib.
Aznews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
O söyləyib ki, Ermənistan tərəfindən də konfransda iştirakla bağlı bir neçə nümayəndənin qeydiyyatdan keçməsinə baxmayaraq, onların COP29-da iştirakını müşahidə edilməyib: "Hesab edirik ki, bu da onlar üçün itirilmiş bir fürsətdir".