- EKONEWS
- 12:31
- 1 503
Sabah yağış yağacaq
![](https://www.aznews.az/storage/2019/07/31/yagish.jpg)
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir, günün birinci yarısında bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 1-3° isti, gündüz 5-8° isti olacaq. Atmosfer 771 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 11-16° şaxta, gündüz 0-5° şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
AzNews.az