Yağıntılı və küləkli hava davam edir - Faktiki hava

Martın 24-ü saat 18:00-a olan faktiki hava açıqlanıb.

Bakıda və bölgələrdə hava necədir?

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Kürdəmir, Oğuz, Qəbələ, İsmayıllı, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Xaçmaz və Şabranda yağış yağır.

Şamaxı, Qobustan, Altıağac, Qusar, Quba, Xaltan, Xınalıq, Qax, Şahdağ, Lerik və Şəkidə arabir qar yağması müşahidə olunur.

Küləyin sürəti:

Hazırda bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin sürəti Bakıda və Abşeron yarımadasında, o cümlədən Şahdağda 20 m/s, Kəlbəcərdə isə 15 m/s-yə çatır.

Dənizdə dalğanın hündürlüyü:

Dənizdə dalğanın hündürlüyü 2.8 metrdir.

Havanın temperaruru:

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında, eyni zamanda Naxçıvan MR-da 15 dərəcəyədək isti olub.

Dağlıq rayonlarda isə 7 dərəcəyədək şaxta qeydə alınıb.