- EKONEWS
- 28 Mart 23:59
- 4 805
Günəşdə güclü alışma baş verib

Martın 28-də Günəşdə ən güclü X sinfinin şiddətli alışması baş verib.
Aznews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
“Martın 28-də Moskva vaxtı ilə saat 18:20-də (Bakı vaxtı ilə 19:20) rentgen diapazonunda (N05E81) 41 dəqiqə davam edən X1.1 alışması qeydə alınıb”.
Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ilin əvvəlində Günəş aktivliyinin əhəmiyyətli dərəcədə artdığını bildirib.