Söhbət “Rostov” təmsilçisi Ayaz Quliyevdən gedir Söhbət “Rostov” təmsilçisi Ayaz Quliyevdən gedir
  • Fanat
  • 20 Oktyabr 2018 09:18
  •  3 352

Azərbaycanlı futbolçu üçün 1 milyon avro təklifi

Söhbət “Rostov” təmsilçisi Ayaz Quliyevdən gedir

Rusiyanın “Rostov” klubunda çıxış edən azərbaycanlı futbolçu Ayaz Quliyev Moskva “Spartak”ına qayıda bilər.

AzNews.az xəbər verir ki, paytaxt klubu sabiq oyunçusunu yenidən heyətinə qatmaq niyyətindədi.

“Spartak” 22 yaşlı yarımmüdafiəçinin keçidi üçün 1 milyon avro ödəməyə hazırdı. Klub onu son zamanlar qalmaqalları ilə gündəmə gələn Denis Qluşakovun əvəzləyicisi kimi görür.

Qeyd edək ki, Ayaz Quliyev bu ilin mayında məhz "Spartak"dan "Rostov"a keçib. Quliyev həmçinin 21 yaşadək futbolçulardan ibarət Rusiya milli komandasının da formasını geyinib. Hazırda onun Azərbaycanın əsas yığmasına cəlb olunması gündəmdədi.

© AzNews.az