Dekabrın 23-də Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində məşhur argentinalı futbolçu Ernan Krespo UEFA-nın ulduz səfiri qismində Bakıya gələcək. Dekabrın 23-də Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində məşhur argentinalı futbolçu Ernan Krespo UEFA-nın ulduz səfiri qismində Bakıya gələcək.
  • Fanat
  • 21 Dekabr 2018 11:49
  •  2 541

Məşhur futbolçu Bakıya gəlir

Dekabrın 23-də Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində məşhur argentinalı futbolçu Ernan Krespo UEFA-nın ulduz səfiri qismində Bakıya gələcək.

AFFA xəbər verir ki, bazar günü saat 12:00-13:00-da UEFA Avropa Liqasına həsr olunmuş muzeydə Milan “İnter”inin heyətində 3 dəfə İtaliya çempionu olmuş E.Kresponun imza günü təşkil olunacaq.

Muzey ziyarətçiləri imza günündə sabiq hücumçu ilə yaxından tanış ola, ondan imza ala, eləcə də foto çəkdirə biləcəklər.

Saat 13:00-da isə muzeydə Argentina yığmasının heyətində 64 oyuna 35 qol vuran E.Kresponun mətbuat nümayəndələri üçün brifinqi keçiriləcək.

UEFA Avropa Liqasının final oyunu 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Qeyd edək ki, E.Krespo futbolçu karyerası ərzində vətənində “River Pleyt”, İtaliyada “Parma”, “Latsio”, “Milan”, “İnter”, “Cenoa” və İngiltərənin “Çelsi” komandalarının formasını geyinib. O, indiyədək “Parma”nın gənclər və “Modena”nın əsas komandasına rəhbərlik edib. 43 yaşlı mütəxəssis “Banfild”in baş məşqçisi qismində işlə başlayacaq.

© AzNews.az