- Fanat
- 1 Mart 2019 20:43
- 3 073
Fatih Terim prezident olmaq istəyir?
Bu iddia “Cimbom” azarkeşləri arasında böyük sevinclə qarşılanıb.
“Qalatasaray”la müqaviləsini 2024-cü ilə qədər uzadan Fatih Terimlə bağlı maraqlı iddia ortaya atılıb.
65 yaşlı mütəxəssisin 2024-cü ildən sonra məşqçi işləməyəcəyi, “Qalatasaray”ın prezidenti olmaq üçün namizədliyini irəli sürəcəyi bildirilir.
Həmin tarixə qədər erkən seçki keçirilməzsə, Terim 5 il sonrakı seçkilərdə iştirak etmək üçün hazırlaşacaq.
Bu iddia “Cimbom” azarkeşləri arasında böyük sevinclə qarşılanıb. Onlar Terimə dəstək mesajları yazıblar və klubun prezidenti kimi görmək istədiklərini vurğulayıblar. (qafqazinfo)
AzNews.az