- Fanat
- 17 İyun 2019 19:58
- 2 080
“Qarabağ”ın rəqibləri təxminən bəllidir
Təmsilçimiz bu 5 komandadan biri ilə oynayacaq.
Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasının birinci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 5-ə düşüb.
Püşkatmadan bir gün öncə UEFA iştirakçıları səpələnmiş və səpələnməmiş qruplarına bölüb.
Güclülər sırasında yer alan Ağdam klubunun rəqibi aşağıdakılardan biri olacaq:
"Valetta" (Malta), "Sarayevo" (Bosniya və Herseqovina), "Sutyeska" (Monteneqro), "Partizani" (Albaniya), "Saburtalo" (Gürcüstan).
Qeyd edək ki, birinci təsnifat mərhələsinin püşkatma mərasimi sabah saat 14:30-da başlayacaq.(qafqazinfo.az)
AzNews.az