Topa təmas edən Eberveinə sarı kart verilib Topa təmas edən Eberveinə sarı kart verilib
  • Fanat
  • 26 Oktyabr 2019 09:25
  •  3 987

Futbolda belə penalti olmamışdı...

Topa təmas edən Eberveinə sarı kart verilib

Almaniyada "Kiel" - "Bochum" oyununda çox maqaqlı bir penalti qərarı verilib. Ev sahibi olan komandanın ehtiyatda olan oyunçusu oyuna girmədən penaltiyə səbəb olub. Almaniya Bundesliqasında baş tutan matçda futbol tarixində bəlkə yenidən görmək üçün illərcə gözləməli olacağımız bir an yanşaıb. Ev sahibi olan komandanın 2:1 hesabı ilə qalib gəldiyi matçda "Bochum" qeyri-adi bir penalti qazanıb.

36-cı dəqiqədə Silvere Qanvoulanın vurduğu top auta doğru gedirdi. Amma "Kiel"in kənarda isinən ehtiyat oyunçusu Mixael Ebervein topa meydanı tərk etmədən müdaxilə etdi. Hakim Timo Qeraça xəbərdarlıq edən VAR hakimləri onun gəlib həmin anı izləməsini istədilər. Həmin anı izləyən Qeraç oyuna müdaxilə səbəbilə penalti qərarını veridi. Topa təmas edən Eberveinə sarı kart verildi.

Silver Qanvuola penaltini qola çevirdi və hesab 1:1 oldu."Bochum" isə 9-cu dəqiqədə Li və 52-ci dəqiqədə Seraa ilə vurduğu qollarla 2:1 hesabı ilə qalib gəldi.

Malik Liftiyev
AzNews.az