Bu barədə İngiltərə Peşəkar Futbolçular Assosiasiyasının prezidenti Qordon Teylor açıqlama verib Bu barədə İngiltərə Peşəkar Futbolçular Assosiasiyasının prezidenti Qordon Teylor açıqlama verib
  • Fanat
  • 5 May 2020 21:09
  •  3 992

Premyer Liqada oyunların vaxtı azaldıla bilər

Bu barədə İngiltərə Peşəkar Futbolçular Assosiasiyasının prezidenti Qordon Teylor açıqlama verib

Futbol üzrə İngiltərə Premyer Liqasında mövsümün bərpası üçün yeni təklif irəli sürülüb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İngiltərə Peşəkar Futbolçular Assosiasiyasının prezidenti Qordon Teylor açıqlama verib.

O, Premyer Liqa matçlarının 90 dəqiqədən daha az ola biləcəyiylə bağlı təklifin olduğunu deyib.

Teylor, mövsümün bərpasıyla bağlı təkliflər arasında ehtiyat oyunçuların sayının artırılması və matçların vaxtlarının azaldılmasının olduğunu bildirib.