- Fanat
- 22 Avqust 2020 21:08
- 6 608
Lukaku Ronaldonun rekordunu təkrarladı
Həlledici oyunda “neradzurra”nın ilk qolunu vuran Romelu Lukaku tarixi rekordu təkrarlayıb
Avropa Liqasının final oyununda “Sevilya” “İnter”ə 3:2 hesabı ilə qalib gəlib.
AzNews.az xəbər verir ki, həlledici oyunda “neradzurra”nın ilk qolunu vuran Romelu Lukaku tarixi rekordu təkrarlayıb.
Bu qol Lukakunun cari mövsümdə bütün turnirlərdə vurduğu 34-cü qolu olub. Bununla da, o, “İnter”də keçirdiyi ilk mövsümdə ən çox qol vuran futbolçu olub. Bu göstəricidə o, braziliyalı Ronaldonun rekordunu təkrarlayıb.
Ronaldo 1997/98-ci il mövsümündə “İnter”də keçirdiyi ilk mövsümündə 34 qolla yadda qalmışdı.