- Fanat
- 4 May 2022 10:45
- 8 848
FIFA Azərbaycan millisinin futbolçusunu sərt cəzalandırıb
Azərbaycan millisi 5 000 İsveçrə frankı məbləğində cərimələnib
FIFA Azərbaycan millisinin futbolçusu Tellur Mütəllimova 4 oyunluq cəza verib.
Buna 27 yaşlı yarımmüdafiəçinin evdə Lüksemburq yığmasına ilə keçirilmiş 2022-ci il dünya çempionatının seçmə mərhələsinin qrup oyununda qonaq komandanın oyunçusu Olivye Tillə qarşı kobudluğu səbəb olub.
Görüşün 21-ci dəqiqəsində topu itirdikdən sonra 26 yaşlı yarımmüdafiəçiyə kunq-fu hərəkəti ilə zərbə endirən Mütəllimov birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
FIFA "Sumqayıt"ın futbolçusunu diskvalifikasiya etməklə yanaşı, Azərbaycan millisini 5 000 İsveçrə frankı məbləğində cərimələyib.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda oynanılmış qarşılaşma Lüksemburq seçməsinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. (report)