• Fanat
  • 29 İyun 10:29
  •  2 094

Azərbaycanın daha bir boksçusu finala yüksəlib

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmə boksçular arasında Avropa birinciliyində Azərbaycanın təmsilçisi finala yüksəlib.

Aznews.az xəbər verir ki, 48 kq-da Nihat Qasımov Filip Stanoyeviçi (Serbiya) məğlub edib.

O, 5:0 (30:27, 30:27, 30:26, 29:27, 30:26) hesabı ilə qalib gəlib və həlledici döyüşə yüksəlib.

Aylin Nəzərova (48 kq) yarımfinalda italiyalı Giorgia La Rosa ilə, Əminə Tağı (52 kq) Maria Semeniçiuçlə (Rumıniya) qarşılaşıb. Finala rəqib vəsiqə qazandığından boksçularımız bürünc medala sahib olublar.

Qeyd edək ki, daha öncə Səftər Məmmədzadə də finalda iştirak hüququ qazanıb. Həlledici döyüşlər iyunun 30-da olacaq.