• Fanat
  • 15 Sentyabr 12:11
  •  3 125

"Formula 2": Azərbaycan Qran-prisində əsas yarış başlayıb

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.

Mübarizəyə saat 11:35-də start verilib.

Sıralama turunda ən yaxşı nəticəni "Trident" komandasından Rixard Versxor göstərib.

"Prema Racing"dən Andrea Kimi Antonelli ikinci, "Art Grand Prix"dən Viktor Martins üçüncü pillədə yer alıb.

Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış saat 15:00-da start götürəcək.