• Fanat
  • 12 Oktyabr 12:43
  •  1 998

Azərbaycan millisinin oyununu qadın hakim idarə edəcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki sonuncu matçını qadın hakim idarə edəcək.

AzNews.az-ın məlumatına görə, İngiltərə yığmasına qarşı oyun xorvatiyalı FIFA referisi İvana Martinçiçə tapşırılıb.

Ona Sanya Rodyak-Karşiç və Maya Petraviç köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Sabina Boliç yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 15-də Bristol şəhərində yerləşən “Ashton Gate” stadionunda baş tutacaq İngiltərə - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. U-21 bu gün saat 18:00-da Şimali İrlandiyanın qonağı olacaq.