• Fanat
  • 7 Noyabr 23:43
  •  10 797

"Qarabağ"dan Qarabağ zəfərinə QƏLƏBƏ hədiyyəsi

Ağdamın "Qarabağ" komandası UEFA Avropa Liqasında bu mövsüm ilk qələbəsini əldə edib.

Ağdam təmsilçisi Norveçdə, “Aspmira” stadionunda baş tutan qarşılaşmada “Budyo Qlimt” klubunu 2:1 hesabı ilə məğlub edib.

Hesabı açan tərəf 23-cü dəqiqədə gözəl zərbə ilə diqqət çəkən Toral Bayramov olub. Lakin meydan sahibləri ilk hissənin sonlarına yaxın bərabərlik qolunu vurub – 41-ci dəqiqədə Patrik Berq hesabı 1:1 edib. "Qarabağ" üçün qalibiyyət qolu isə 59-cu dəqiqədə Abdullah Zubirdən gəlib. Zubirin vurduğu bu qol, komandaya Avropa Liqasının cari mövsümündə ilk zəfərini qazandırıb.

Xatırladaq ki, Qurban Qurbanovun başçılıq etdiyi komanda növbəti görüşünü noyabrın 28-də Fransanın “Lion” klubu ilə keçirəcək.

AzNews.az