- Fanat
- 20 Noyabr 2024 01:55
- 9 208
Santuşun "düz yolu" ilə İsveçdə 6:0-lıq rəzalət

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində İsveçə böyük hesabla məğlub olub.
"Report"un Solna şəhərinə ezam olunan əməkdaşı xəbər verir ki, komanda C Liqasının I qrupunun son matçında 0:6 hesabı ilə uduzub.
"Stroberri Arena"da baş tutan qarşılaşmada Kulusevski (10, 57) dubl edib. Dyekereş (26,37, 58, 70) isə poker müəllifi olub.
Qeyd edək ki, bu nəticənin ardından C Liqasını 1 xalla sonuncu sırada başa vuran Fernandu Santuşun rəhbərlik etdiyi yığma D Liqasına yuvarlanıb.