- Fanat
- 9 Dekabr 21:47
- 8 494
"Şamaxı"nın baş məşqçisi: "Gənc futbolçularımız təşvişə düşmüşdülər"
Gənc futbolçularımız təşvişə düşmüşdülər.
"Aznews.az" xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov "Turan Tovuz"a qarşı Misli Premyer Liqasının XVI turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
O, məğlubiyyətə görə məyus olduqlarını bildirib:
"Üzücü məğlubiyyət oldu. Oyunu iki hissəyə bölərdim. İlk yarıda 3-4 qol vura bilərdik. İkinci hissədə rəqibin təzyiq edəcəyini gözləyirdik. Belə də oldu. Gənc futbolçularımız təşvişə düşmüşdülər. Amma oyunçularımın xarakter göstərdiyini deyə bilərəm. Müvəqqəti çətinlikdəyik. Tez bir zamanda düşdüyümüz vəziyyətdən çıxacağıq. Bu gün futbolçuların göstərdiyi xarakter mənə inam verdi".
Qeyd edək ki, XVI turun görüşündə "Şamaxı" səfərdə "Turan Tovuz"a 2:3 hesabı ilə məğlub olub.