• Fanat
  • 11 Dekabr 22:32
  •  6 179

FİFA 2034-cü ildə dünya çempionatının keçiriləcəyi ölkəni açıqlayıb

2034-cü ildə futbol üzrə dünya çempionatı Səudiyyə Ərəbistanında keçiriləcək.

Aznews.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasının (FİFA) onlayn rejimdə keçirilən konqresində məlumat verilib.

Qarşılaşmalar ölkənin 5 şəhərdə 15 stadionda keçiriləcək.

Ölkənin iqlim şəraiti ilə əlaqədar yarışın qışda keçiriləcəyi bildirilir.

Səudiyyə Ərəbistanı 2034-cü il dünya çempionatına ev sahibliyi etmək üçün müraciət edən yeganə ölkədir.

Bundan əvvəl məlum olub ki, 2030-cu il dünya çempionatına altı ölkə - Mərakeş, Portuqaliya, İspaniya, Uruqvay, Paraqvay və Argentina ev sahibliyi edəcək.

Xatırladaq ki, futbol üzrə son dünya çempionatı 2022-ci ildə Qətərdə keçirilib.

Kuboku finalda Fransa millisinə qalib gələn Argentina millisi qazanıb (3:3, penaltilər 4:2).