- Fanat
- 12 Dekabr 18:50
- 8 091
Hindistanlı qrossmeyster dünya çempionu olub
Hindistanlı qrossmeyster Dommaracu Qukeş şahmat tacı uğrunda görüşdə çinli Din Lirenə qalib gələrək dünya çempionu olub.
Aznews.az xəbər verir ki, o, Sinqapurda təşkil olunan turnirin sonuncu - 14-cü oyununda rəqibini məğlub edib.
18 yaşlı şahmatçı yekunda 7,5:6,5 hesablı qələbəyə sevinib.
Beləliklə, D.Qukeş 18-ci dünya çempionu olub. O, şahmat tarixinə ən gənc dünya çempionu kimi düşüb.