- Fanat
- 27 Dekabr 19:15
- 2 026
Azərbaycan çempionatının I Liqasında oyun alveri - DİN araşdırma başladı
Futbol üzrə Azərbaycan çempionatının I Liqa təmsilçisi olan “Mingəçevir” klubu ilə bağlı araşdırmalar başlayıb.
Apasport.az saytının məlumatına görə, komandanın 8 futbolçusunun adı oyun alverində iştirakda hallanır.
Klubdan bildirilib ki, araşdırmalar davam edir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətdən apasport.az saytının sorğusuna cavab olaraq bildirilib ki, daxil olan müraciət üzrə araşdırma aparılır.
DİN-dən hadisə ilə bağlı saxlanılanların olmadığı da qeyd edilib.
AzNews.az