• Fanat
  • 28 Dekabr 15:57
  •  1 052

Ümumdünya Boks Assosiasiyasının qızıl kəmərini qazanmış idmançı 35 yaşında vəfat edib

90,71 kq çəki dərəcəsində Ümumdünya Boks Assosiasiyasının (WBA Gold) qızıl kəmərini qazanmış puerto-rikolu idmançı Pol Bamba 35 yaşında vəfat edib.

Bu barədə idmançının meneceri Şaffer Smit bildirib.

Qızıl kəməri qazandıqdan bir həftə sonra həyatını itirən boksçunun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, P.Bamba dekabrın 21-də meksikalı Rohelio Medina Lunaya qarşı döyüşün 6-cı raundunda texniki nokautla qalib gələrək WBA-nın qızıl kəmərini qazanmışdı.