- Fanat
- 9 Fevral 22:10
- 4 575
Türkiyə çempionatında sensassiya: "Galatasaray"ın rəqibi 33-cü dəqiqədə meydanı tərk etdi

Türkiyə Super Liqasında XXIII turun görüşləri davam edir.
AzNews.az xəbər verir ki, "Qalatasaray" öz meydanında "Adana Dəmirspor"u qonaq edib.
Sarı-qırmızılı komanda hesabda 1:0 önə çıxıb. Görüşün 33-cü dəqiqəsində sensasion olay baş verib- rəqib komandanın baş məşqçisi Mustafa Alper Avcı oyunçularını meydançadan çıxarıb.
Beləliklə, matç TFF tərəfindən təxirə salınıb.
"Adana Dəmirspor" komandası müəmmalı penalti epizoduna etiraz olaraq belə bir qərar verib.
AzNews.az