• Fanat
  • 17 Fevral 09:30
  •  3 229

Premyer Liqada XXIII tura iki oyunla yekun vurulacaq

Misli Premyer Liqasında XXIII tura bu gün iki oyunla yekun vurulacaq.

Əvvəlcə “Kəpəz” “Şamaxı”nı qəbul edəcək.

Tovuz şəhər stadionunda keçiriləcək görüş saat 16:00-da başlayacaq. Gəncə klubu 18 xalla 9-cu yerdə qərarlaşıb. Bir pillə yuxarıda olan “Şamaxı”nın isə 20 xalı var.

Turun son matçı “ASCO Arena”da “Səbail”lə “Sabah” arasında baş tutacaq. Saat 19:00-da start götürəcək görüşü Rəşad Əhmədov idarə edəcək. Hazırda 16 xalı olan “Səbail” turnir cədvəlinin sonuncu - 10-cu pilləsində qərarlaşıb. “Sabah” isə 31 xalla beşincidir.

Misli Premyer Liqası

II dövrə, XXIII tur

17 fevral

16:00. “Kəpəz” – “Şamaxı”

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Elvin Bayramov.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Tovuz şəhər stadionu

19:00. “Səbail”– “Sabah”

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, Kamran Əliyev.
VAR: Rauf Allahverdiyev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“ASCO Arena”

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində “Turan Tovuz” “Araz Naxçıvanı”, “Qarabağ” “Neftçi”ni 1:0 hesabı ilə üstələyib. “Sumqayıt” isə evdə “Zirə”yə məğlub olub - 0:3.