- Fanat
- 19 Fevral 17:08
- 1 689
Premyer Liqanın 2025/2026 mövsümünün formatı açıqlanıb

Misli Premyer Liqasının 2025/2026 mövsümünün formatı açıqlanıb.
Bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar çıxarılıb.
Qərara əsasən, növbəti mövsüm 12 komandanın iştirakı ilə 3 dövrədən (33 turdan) ibarət olacaq.
III dövrənin oyunlarında meydan sahibi olacaq komandalar püşk əsasında müəyyənləşdiriləcək.
Cari mövsüm Əsasnaməyə uyğun olaraq, sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək, əvəzində I Liqadan 3 komanda birbaşa yüksək dəstəyə vəsiqə qazanacaq.
AzNews.az