- Fanat
- 20 Fevral 09:01
- 1 859
Renat Dadaşov Türkiyə klubu ilə müqaviləni ləğv edib

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyənin "Ankaragücü" klubu ilə müqaviləsini ləğv edib.
Bu barədə yerli "Sports Digitale" məlumat yayıb.
25 yaşlı hücumçu yanvarın sonunda paytaxt klubunda əsas komandadan kənarlaşdırılmışdı.
Qeyd edək ki, Renat Dadaşovun müqaviləsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulmuşdu.
AzNews.az