• Fanat
  • 26 Fevral 09:33
  •  1 937

Azərbaycanın dörd şahmatçısı dünya çempionatına qələbə ilə başlayıb

Azərbaycanın dörd təmsilçisi Monteneqronun Petrovaç şəhərində 20 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatının I turunda qələbə qazanıb.

Bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Xəzər Babazadə, Şiroğlan Talıbov, Ayan Allahverdiyeva və Nərmin Abdinova ilk turun partiyalarında qalibiyyət əldə ediblər. Lalə Hüseynova isə məğlub olub

Qeyd edək ki, 61 ölkədən 263 şahmatçının iştirak etdiyi yarış 11 turdan ibarətdir.

AzNews.az