- Fanat
- 9 Mart 11:09
- 2 186
Azərbaycanın iki taekvondoçusu Niderlandda medal qazanıb

Azərbaycanın iki taekvondoçusu Eyndhoven şəhərində keçirilən 52-ci açıq Niderland çempionatında medal qazanıb.
Yarışın ilk günündə böyüklərdən ibarət millinin üzvləri Bəhruz Quluzadə (54 kq) və Eltac Qafarov (87 kq) fərqləniblər.
Onların hər ikisi bürünc mükafat əldə edib.