- Fanat
- 22 Mart 23:46
- 3 988
Azərbaycan yığması Haitiyə uduzdu

Azərbaycan milli komandası bu gün 2025-ci ildə ilk oyununa çıxıb.
QOL.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv yoxlama matçında tarixində ilk dəfə Haiti millisi ilə üz-üzə gəlirb.
Millimiz rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edib. Bu, Azərbaycan millisinin həmin şəhərdə tarixində ilk oyunu olub. Görüş yığmamızın 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Haiti millisi hazırda FİFA reytinqində 86-cı yeri tutur. Azərbaycan yığması isə 117-ci yerdə qərarlaşıb.
Milli komandamız bu matça qədər sonuncu yoxlama oyununu ötən il iyunun 11-də Qazaxıstana qarşı keçirib və 3:2 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Azərbaycan millisi martın 25-də növbəti yoxlama görüşündə Bakıda Belarusla üz-üzə gələcək.
AzNews.az