- Fanat
- 23 Mart 21:38
- 3 604
Cüdoçumuz Almaniyada qızıl medal qazanıb

Almaniyanın Bad-Blankenburq şəhərində cüdo üzrə yeniyetmə və gənc qızlar arasında Beynəlxalq Türingiya Kuboku keçirilib.
Aznews.az xəbər verir ki, 48 kq-da mübarizə aparan Azərbaycan cüdoçusu Fəridə Mirzəyeva bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalını qazanıb.
Qeyd edək ki, Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda 4-cü yeri tutub.