• Fanat
  • 25 Mart 18:27
  •  1 222

Zepp Blatter və Mişel Platini yenidən bəraət qazanıb

İsveçrə məhkəməsi FİFA-nın keçmiş prezidenti Zepp Blatter və UEFA-nın keçmiş prezidenti Mişel Platinini dələduzluq və pul vəsaitlərindən sui-istifadə ittihamları üzrə bəraət qazandırıb.

Bu barədə "France24" məlumat yayıb .

“Keçmiş futbol məmurları 2011-ci ildə FİFA-nın 2 milyon dollardan çox vəsaitini dələduzluq, saxtakarlıq, yanlış idarəetmə və mənimsəmə ittihamları üzrə ikinci dəfə bəraət alıblar”, - nəşr yazır.

Prokurorluq Blatter və Platinini FİFA-dan təxminən 2,2 milyon dollar məbləğində qeyri-qanuni ödənişlərdə ittiham edib, lakin 2022-ci ilin iyulunda futbol rəsmiləri bəraət alıb, bundan sonra məhkəmənin qərarından apellyasiya şikayəti verilib.

Mövsüm

Aznews.az