- Fanat
- 28 Mart 16:53
- 4 187
Barselona məhkəməsi futbolçu Alveşin cinsi təcavüzə görə hökmünü ləğv edib

Kataloniya Ali Məhkəməsi braziliyalı futbolçu Dani Alveşə qarşı cinsi təcavüz ittihamı ilə hökmü ləğv edib.
"Kataloniya Ali Məhkəməsinin Apellyasiya Şöbəsi 2022-ci il dekabrın 31-də Barselona gecə klubunda gənc qadına qarşı cinsi təcavüzə görə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş futbolçunun apellyasiya şikayətini yekdilliklə təmin edib", - məhkəmənin saytında bildirilir.
Qeyd olunur ki, aşağı instansiya məhkəməsinin ittiham aktında xeyli nöqsanlar var. Xüsusilə, Alveşi təqsirli bilən məhkəmə şikayətçinin hekayəsini kifayət qədər dərindən öyrənmədi və müdafiə tərəfinin təqdim etdiyi futbolçunun günahsızlığına dair sübutlarla müqayisə etmədi.
Mövsüm
Aznews.az