• Fanat
  • 7 Aprel 18:32
  •  782

Madrid yarımmarafonunda iki idmançının ürəyi dayanıb

Movistar Madrid Yarım Marafonunda iki iştirakçının ürəyi dayanıb, onlardan biri dünyasını dəyişib.

Bu barədə "El Pais" qəzeti məlumat yayıb.

Onların finiş xəttinə bir neçə metr qalmış ürək tutması yaşandığı bildirilir. İdmançılardan biri La Pazdakı xəstəxanada ölüb, ikinci şəxs isə həkim nəzarətindədir.

Samur mülki müdafiə xidmətinin nümayəndəsi bildirib ki, daha 50 qaçışçıya yardım göstərilib. Qurbanların əksəriyyəti burulma və ya çıxıq kimi xəsarətlər alıb.

Mövsüm

Aznews.az