- Fanat
- 10 Aprel 21:35
- 5 373
Avropa çempionu olan Azərbaycanın sərbəst güləş millisi Vətənə qayıdıb

Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının qalibi olan Azərbaycanın sərbəst güləş millisi Vətənə qayıdıb.
Aznews.az xəbər verir ki, yığmanı gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.
Güləşçiləri hava limanında Azərbaycan Güləş Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri və yaxınları qarşılayıblar.
Qeyd edək ki, yarışı 1 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vuran yığma 119 xalla komanda hesabında birinci yeri tutub.

