- Fanat
- 13 Aprel 09:59
- 1 747
Azərbaycan Basketbol Liqası: Pley-in mərhələsinin ikinci görüşlərinə start verilir

Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin ikinci görüşlərinə bu gün start veriləcək.
Aznews.az xəbər verir ki, “Lənkəran” evdə “Gəncə”ni qəbul edəcək.
Lənkəran Olimpiya İdman Kompleksində baş tutacaq qarşılaşmanın start fiti saat 14:00-da səsləndiriləcək.
Komandalar arasında baş tutan ilk görüşdə Gəncə təmsilçisi 96:92 hesablı qələbə qazanıb.
Qeyd edək ki, pley-in mərhələsində digər görüşlər sabah keçiriləcək.