- Fanat
- 21 Aprel 21:24
- 4 508
Ülvi Məmmədov Avropa çempionatında ölkəmizi təmsil edəcək

Beynəlxalq Şotokan Karate-do Federasiyasının yığma komandasının üzvü Ülvi Məmmədov 15-18 may 2025-ci ildə Rumıniyada keçiriləcək 15-ci WSF üzrə Avropa çempionatında böyüklər arasında 84+ kq çəki dərəcəsində ölkəmizi təmsil edəcək.
AzNews.az xəbər verir ki, mötəbər yarışa Ülvi Məmmədov Beynəlxalq Şotokan Karate-do Federasiyasının məşqçisi Elnur Əliyevin rəhbərliyi altında qatılacaq.
Qeyd edək ki, Ülvi Məmmədov bir il öncə ağır əməliyyat keçirmişdi. Hazırda isə İstanbul şəhərində Yaser Şahin Tekinin rəhbərliyi altında təlim-məşq toplantılarını davam etdirir.
Ülvi Məmmədovun idman nailiyyətləri çoxdur. O, 2021-ci ilin oktyabrında Polşanın Katovis şəhərində keçirilən fudokan üzrə 25-ci Avropa çempionatında komanda döyüşlərində bürünc medal, həmin ilin noyabrında Türkiyədə keçirilən WSF üzrə dünya çempionatında gümüş medal, 2022-ci ildə isə Qırğızıstanda keçirilən Açıq Asiya çempionatında gümüş medal qazanmışdı. 2022-ci ildə həmçinin Çexiyanın Pardubitse şəhərində Dünya Şotokan Federasiyasının təşkil etdiyi 12-ci dünya çempionatında Ülvi Məmmədov dünya çempionu tituluna yiyələnmişdi. 2023-cü ildə isə Ülvi Məmmədov Bolqarıstanda Avropa çempionu olub.
İdmançımıza Avropa çempionatında uğurlar arzulayırıq!
AzNews.az