"Əxlaqdan kənar, əsassız məlumatların yayılmasını təəssüf hissi ilə izləyirik". "Əxlaqdan kənar, əsassız məlumatların yayılmasını təəssüf hissi ilə izləyirik".
  • Flash
  • 11 Yanvar 2019 14:09
  •  9 227

"Şantaj dolu yazını tirajlayanları qətiyyətlə lənətləyirik"

"Əxlaqdan kənar, əsassız məlumatların yayılmasını təəssüf hissi ilə izləyirik".

AzNews.az xəbər verir ki, bunu Naxçıvan MR-nın Bakı şəhərində Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov deyib.

Onun sözlərinə görə, son günlər üzdəniraq bəzi "sayt"larda və ona bənzər digər kütləvi informasiya mənbələrində Naxçıvan Muxtar Respublikası və onun rəhbərliyi haqqında heç bir həqiqətə,fakta əsaslanmayan, ilk baxışdaca sifariş olunmuş "silsilə yazılar" təəsuratı yaradan, təmiz vicdana sığmayan, milli və multimilli əxlaqdan kənar, mənəviyyata hayqırı əsassız məlumatların yerləşdirilməsini təəssüf hissi ilə izləyir, bu şantaj dolu yazıları və onları tirajlayan təxribatçıları qətiyyətlə lənətləyirlər:

"Əslində,bu yazılara cavab vermək, yaxud onlar barədə hər hansı fikir ifadə etmək, bəlkə də, yersiz görünə bilər. Lakin bu yalan, şər və böhtan dolu "məqalələr"də adı keçən bir çox keçmiş yüksək vəzifəli şəxslərin mənə zəng edərək, bu məsələdə onlara yardımçı olmaq üçün çoxsaylı xahişlərini nəzərə alaraq, geniş ictimaiyyətin bunu bilməsini istədim ki, dəfələrlə bu insanlar nəinki barələrində yazılmaqda olan sifarişli "reytinq tablosu"nun iştirakçısı olmaq istəmədiklərini ifadə etmiş, hətta barələrində iftira yazanları məhkəməyə vermək, hüquqlarını layiqincə qorumaq niyyətindədirlər. Onlardan bir çoxu artıq öz vəkillərinə müraciət belə edib. Bu məsələlərə hüquqi qiymət verilməsi üçün, mənəvi deqradasiya yaşamaqda olan "qəhrəmanların" layiqli cavaba təbii ki, ehtiyaci var və bu, tərəfimizdən hər zaman, mütləq olacaq. Əks təqdirdə, təbii ki "oğru elə baģırdı ki, doğru yaddaşını itirdi" məsəli öz mənasını itirərdi. Bir sözlə, qoy bu əldəqayırma və rahat idarəolunan əşyacıqlar bilsinlər ki, qədim və müasir tariximizin güvənc yeri, müstəqil Azərbaycanımızın bir dövlət kimi var olmasında, yaşamasında, çiçəklənməsində və inkişaf etməsində lokomativ sayıla biləcək ulu Naxçıvan və onun müdrik düşüncəyə malik, tərəqqipərvər və humanist ali rəhbərliyi heç bir insani dəyərlərə, vətəndaşlıq mövqeyinə sığmayan, ucuz, hikkəli və zövqsüz "nəbz yoxlamaları"na boyun əyməyəcək. Bizim yolumuz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi, Prezident cənab Ilham Əliyevin ləyaqətlə davam və inkişaf etdirdiyi haqq, ədalət yoludur!".

AzNews.az